525.Az

Rus qadın Bakıda iki kişini qanına qəltan elədi


 

Rus qadın Bakıda iki kişini qanına qəltan elədi<b style="color:red"></b> Fevralın 4-ü saat 05:30 radələrində Bakı şəhərindəki Daş karxanası küçəsində Qazax rayon sakini Üzeyir Yusifov və A.Nemətulla küçəsində Bakı şəhər sakini Anar Məmmədxanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki cinayətdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Rusiya Federasiyasının vətəndaşı Olqa Adeyeva fevralın 5-də tutulub.
 
Araşdırmalar davam etdirilir.
 





06.02.2013    çap et  çap et