525.Az

Obamanın ilk səfər edəcəyi ölkə açıqlandı


 

Obamanın ilk səfər edəcəyi ölkə açıqlandı<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama ikinci müddətinin ilk səfərini İsrailə edəcək.

Ağ Ev sözçüsü Cey Karni Obama və Netanyahunun yanvar ayının sonunda telefon söhbətində bu haqda razılığa gəldiklərini bildirib.

Səfərin yaz aylarında baş tutacağını qeyd edən sözçü dəqiq tarix açıqlamayıb.

Karni bildirib ki, Obamanın ikinci müddətinə başlamasıvə İsraildə yeni hökumətin qurulması iki ölkə arasındakı dərin bağların yenidən vurğulanması üçün imkan yaradır.

Sözçü Obama və Netanyahunun İran və Suriya kimi ortaq məsələləri müzakirə edəcəyini, ABŞ prezidentinin eyni zamanda Qərbi Şəria və İordaniyaya da səfər edəcəyini söyləyib.

TRT

 





06.02.2013    çap et  çap et