525.Az

37 yaşlı qadın bulvarda özünü dənizə atdı


 

37 yaşlı qadın bulvarda özünü dənizə atdı<b style="color:red"></b> Bakı bulvarında daha bir intihara cəhd hadisəsi olub.

Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynova Aynur Vaqif qızı özünü Dənizkənarı Milli Park ərazisində dənizə atıb. Parkdakı şəxslər qadını suda boğulmaqdan xilas ediblər. Kənara çıxarılan qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. A.Hüseynova bildirib ki, həyat yoldaşı işləmir və hər gün spirtli içki içir. Bu azmış kimi həyat yoldaşı 37 yaşlı qadını tez-tez döyüb, zorakılıq hərəkətləri edirmiş.
 
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir
 





06.02.2013    çap et  çap et