525.Az

Seyid Camal: "Əkrəm Əylisli bunun bədəlini ağır ödəyəcək"


 

Seyid Camal: "Əkrəm Əylisli bunun bədəlini ağır ödəyəcək"<b style="color:red"></b> Bu gün Bakıda Azərbaycan “Qarabağ Seyid Ocaqları”nın böyük tədbiri keçirilib.

Tədbirdə ölkənin son günlər ictimai-siyasi həyatında baş verən hadisələr geniş müzakirə edilib. Yazışı Əkrəm Əylislinin “Daş yuxular” əsərində millətimizin milli mənafelərinə zərbə vuran, müqəddəs şəhid ruhlarımızın təhqir olunmasına səbəb olan bu əsərin istər uca Allah qatında, istərsə də millətimizin hər birinin hafizəsində lənətlə anılacağına əmin olduqlarını bildirən tədbir iştirakçıları Əkrəm Əylislini mənəviyyatsızlıqda ittiham ediblər. Çoxlu sayda ölkənin inanc adamlarının qatıldığı tədbirdə şərqşünas Seyid Camal Əzimbəyli bildirib: “Əkrəm Əylislinin bu bədnam və ləyaqətsiz əməli bütün türk millətinə həqarətdir. Biriləri bu biabırçı olayda milli mənafeləri unudaraq iqtidar və müxalifət münasibətlərindən bəhrələnərək yanlış mövqe sərgiləməyə çalışırlar. Mən düşünürəm ki, bu gün özünü vicdanlı, ziyalı adlandıran milli dönük Əkrəm Əylisli millətinə və dövlətinə etdiyi ən ağır xəyanətin qarşılığında Allahın lənətinə məhkumdur. Çünki, artıq o, bütün hədləri çoxdan keçmişdir. Mən ona bu xalqı təhqir etdiyin yetər sus deyirəm. Bilsin ki, bunun bədəlini ağır ödəyəcək. Buna əmin olsun.”
 





06.02.2013    çap et  çap et