525.Az

Dəhşətli qəzada ölənlərdən biri kursant olub


 

Dəhşətli qəzada ölənlərdən biri kursant olub<b style="color:red"></b> Ötən gün Salyanda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri kursant olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində dünyasını dəyişən, Biləsuvar rayon sakini, 20 yaşlı Rauf Mirzəxan oğlu İbayev Ali Hərbi Məktəbin kursantı olub. O, qısamüddətli məzuniyyətə gedirmiş.
 
Qeyd edək ki, ötən gün Bakı-Astara yolunun 56-cı kilometrliyində, Salyan rayonu ərazisində Biləsuvar sakini Bayramov Rüstəm Ramiz oğlunun idarə etdiyi “Mercedes” markalı 90 LK 481 dövlət nömrə nişanlı avtomobillə Salyan rayonunun Çuxanlı kənd sakini, 54 yaşlı Vahidov Rafiq Cəfər oğlunun idarə etdiyi “Fiat Doblo” markalı 90 AD 369 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
 





06.02.2013    çap et  çap et