525.Az

“Ermənistanın Rusiyasız mövcudluq imkanı yoxdur”


 

MÜBARİZ ƏHMƏDOĞLU: “ERMƏNİSTANDA YEREVANLI-QARABAĞLI DAVASI DAHA DA QIZIŞACAQ”

“Ermənistanın Rusiyasız mövcudluq imkanı yoxdur”<b style="color:red"></b>

Dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu yanvar ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatını keçirib.

Ötən ay ərzində Rusiyanın MDB məkanındakı inteqrasiya siyasətinin əks-təsirlə üzləşdiyini deyən M.Əhmədoğlu Belorusiya və Qazaxıstanın hər ikisinin Gömrük İttifaqı üzvü olmasının onların “sovetləşmə” prosesinə münasibətinə xüsusi diqqət cəlb etdiyini bildirib. Politoloq Ermənistanda prezidentliyə namizəd Ayrikyana sui-qəsd şousunu Sərkisyanın özünun hazırladığını qeyd edib. Onun sözlərinə görə, Ermənistanda prezident seçkiləri dövründə baş verənlərdən təkcə Rusiya deyil, Qərb də narazıdır: “Yaranmış vəziyyəti anlamaq üçün də müəyyən qədər pauza və resurs lazımdır. Eyni zamanda Qərbi başa salmaq lazımdır ki, Rusiya Ermənistanın müstəqilliyinə qəsd etməyə hazırlaşır. Qərb bu seçkilərdə Ermənistan prezidentinin yanında olsun, seçkilərdə qüsur axtarmasın. Sərkisyanın seçki vaxtı bütün qanun pozuntularına Avropa müşahidəçiləri anlayışla yanaşmalı və bu qanun pozuntuları ilə birlikdə seçkiləri legitim hesab etməlidirlər. Bu, Sərkisyan üçün minimal məqsəddir. Maksimum məqsəd isə Qərblə Rusiyanı qarşı-qarşıya qoymaqdır. Konfliktogenlik Ermənistanın ən böyük resursudur və bu resurs hal-hazırda Qərb üçün Rusiyaya qarşı lazımdır. Rusiya-Ermənistan münasibətlərindən ağız dolusu danışan mətbu orqanları və siyasətçilərin heç biri Sərkisyanın Rusiyanı şərləməsinə etiraz bildirmədilər, çünki həmin mətbu orqanları və ekspertlər Sərkisyanın əlində anti-Rusiya fəaliyyət üçün lazımdır”.

M.Əhmədoğlu Azərbaycanın daxilindəki icazəsiz mitinqlərin  erməniləri qorxutduğunu deyib: “Onlar bunu İlham Əliyevin demokratik imic yaratmaq üçün təşkil etdiyi oyun hesab edirlər. Əksər ekspertlərin fikrincə, müharibə ehtimalı yüksək olaraq qalır. Hətta bəzi Rusiya ekspertləri iddia edirlər ki, Qarabağda müharibənin başlanması ilə bağlı rəsmi Bakı prinsipial qərar qəbul edib. Sadəcə, vaxtını açıqlamır. Ermənistan müdafiə naziri Ohanyan da müharibənin başlanmasını istisna etmir. S.Ohanyan bildirir ki, Yerevandan Dağlıq Qarabağa uçacaq təyyarəni Ermənistanın hərbi təyyarələri müşayiət edəcəkdir. Əgər Qarabağa təyyarə uçacaqsa, Azərbaycanın onu vuracağı şəksizdir. Faktiki, bu halda Ermənistan provokator rolunda çıxış edir. Yox, əgər Sərkisyanın müharibə ehtimalının az olduğu fikrini əsas götürsək, bu, o deməkdir ki, Ermənistan Dağlıq Qarabağa aviareys təşkil etməyəcək. Ohanyan da Qarabağda müharibə başlayan zaman Rusiya ordusuna bel bağlayır. Müdafiə naziri rəhbərlik etdiyi ordunun Azərbaycan Ordusu qarşısında davam gətirməyəcəyini etiraf edir. 2012-ci ildə Ermənistan rəhbərliyi “erməni hərbi birləşmələri qoşunların təmas xəttində tam üstünlüyə malikdir” tezisini unutdular. Ermənistan ordusunun gücü real dəyərləndirilməyə başlandı. Erməni hərbçilərinin, xaricdəki ermənipərəst hərbi ekspertlərin fikrincə, Azərbaycanın hərbi gücü Ermənistanla deyil, İran və Rusiya ilə müharibə aparmaq miqdarındadır. Sərkisyan Qarabağ xalqının mövcud olduğunu sübut etməlidir. Elm və bilik Ermənistan prezidentindən çox uzaqda durub. Ona mühazirə oxumağın qətiyyən əhəmiyyəti yoxdur. Dəfələrlə daban-dabana zidd bəyanatlar verib. Dağlıq Qarabağ azərbaycanlılarının Ağdam rayonunun bir kəndindən digər kəndinə getməsinə qadağa qoyan Sərkisyan Avropada sərbəst yerdəyişmə hüququnun prioritetliyindən danışır. Serj Sərkisyanın həqiqi mənada biliksiz və savadsızlığına dair hədsiz çox misallar çəkmək olar. Onu tanıyanlar Azərbaycanda var. Siyasi baxımdan bu adamın işi sərsəmlikdir. Strateji müttəfiq deyə-deyə Rusiyanı Ermənistanda prezidentliyə namizədlərin birinə sui-qəsd təşkilində ittiham etdi. Dünyada doğulduğu yerlə manipulyasiya edən adamlar demək olar ki, yoxdur. Sərkisyan isə doğulduğu yerlə manipulyasiya edir: Qarabağda doğulmuş Qarabağ ermənisi kimi özünü təqdim edən Sərkisyan  Ermənistanda “yerevanlı-qarabağlı”ədavəti qızışanda doğum yeri kimi Ermənistanın Meğri rayonunu göstərir. Onun Qarabağ xalqı haqqında dediyi fikirlər də bu konktekstdən qəbul edilməlidir. Dünyanın heç bir yerində “Dağlıq Qarabağ xalqı” adlı xalqın mövcudluğu qəbul edilməyib. Çünki yoxdur. Sərkisyan Dağlıq Qarabağ xalqının mövcud olduğunu sübut etməlidir. Dağlıq Qarabağ xalqının antropoliji, etnik mövcudluğuna və ya xüsusiyyətlərinə dair heç vaxt, heç bir yerdə elmi-nəzəri və ya elmi-praktiki konfrans keçirilməyib. Qarabağ erməniləri vaxtilə İranda yaşayıb və Dağlıq Qarabağa Rusiya imperiyası tərəfindən köçürülən ermənilərdən törəyənlərdir. Qarabağ ermənilərinin danışığındakı ləhcə fərqi də İrandakı fars və ya azərbaycanlılarla təmasdan irəli gəlir. Sərkisyan eyni uğurla Fransadakı, ərəb dövlətlərindəki erməniləri də ayrıca bir xalq kimi təqdim edə bilər. Qərbi erməni dili ilə Ermənistan əhalisinin istifadə etdiyi dillər arasında fərq 80 faizə çatır. Rəsmi Yerevan lazımi materialları rəsmi erməni dilindən qərbi erməni dilinə çevirən proqramlar reallaşdırır. Bu fərqə baxmayaraq ermənilər şərqi ermənilərlə (Ermənistan əhalisi əhalisi və MDB-dəki ermənilər) qərbi erməniləri(osmanlı imperiyasınıntərkibimdən çıxmış) eyni millət hesab edirlər. Dağlıq Qarabağ ermənilərinin istifadə etdiyi erməni dili ilə rəsmi erməni dili arasında fərq 15-20 faizdir. Sərkisyan bu halda isə Dağlıq Qarabağ ermənilərini ayrıca etnos hesab edir. Sərkisyanın xoşbəxtliyi orasındadır ki, beynəlxalq aləm onu savadsız kimi qəbul edir və ciddi əhəmiyyət vermirlər. Ciddi əhəmiyyət versəydilər, onu heç bir dövlət başçısı yaxına buraxmazdı”.

Politoloqun sözlərinə görə, Ermənistanın 2012-ci ildə illik iqtisadi inkişaf tempi ilə bağlı Ermənistan Milli Statistika Xidməti ilə Dünya Bankının rəqəmləri fərqlidir: “Dünya Baqkının yaydığı açıqlamaya görə, Ermənistanın illik iqtisadi inkişaf tempi 6,8 faizdir. Milli Statistika Xidməti isə bu rəqəmin 7,2 faiz olduğunu bildirir. Beynəlxalq Valyuta Fondu daha pessimistdir: 2012-ci ildə Ermənistan iqtisadiyyatının böyüməsi 3,8 faiz olmuşdur. Qarşıdakı 3 ildə bu temp 4 faizi keçməyəcəkdir. Ermənistanın xarici borclarının ödənməsi Ermənistanın iqtisadiyyatının illik inkişaf tempinin 7,5-8 faiz olmasını zəruri edir.

Müstəqil Ermənistan heç vaxt Davos Forumunda iştirak etməyib. Ermənistanın Davos Forumunda iştirak etməməsi cəmiyyətdə yenidən müzakirə edildi. Bu Sərkisyanın bleflərini dağıdır. “Ermənistana “Daşlar ölkəsi” deyiblər. Ermənistanda mineralların potensialı Azərbaycanın neftinin potensialından daha böyükdür” – Daş və Silikatlar İnstitutunun keçmiş direktoru Gevorkyanın belə mövqeyi gələcəkdə yeni blef senarilərinin qurulmasına baza rolunu oynayacaqdır. Miqrasiya və demoqrafik proseslərin ciddi problemlərin olduğu bir şəraitdə Ermənistanın iqtisadi dirçəlişi üçün heç bir şans yoxdur. Ermənistanın bütün ciddi ekspertləri, o cümlədən bəzi Qərb ekspertləri Ermənistanda iqtisadi inkişafdan danışmağı mənasız hesab edirlər. Beynəlxalq reytinq təşkilatlarının rəyinə xüsusi diqqət verən Ermənistan “Fitch”, “Moody’s”, “Standart and Pro” kimi ciddi reytinq təşkilatlarının Ermənistanla bağlı mövqelərini heç vaxt mətbuatda açıqlamır”.

M.Əhmədoğlu Ermənistanın Rusiyasız mövcudluq imkanının olmadığını vurğulayb: “Bu bir faktdır ki, Ermənistanın Rusiyasız mövcudluq imkanı yoxdur. Rusiya və Ermənistan vahid dövlətdir. Qarabağ Rusiya-Ermənistan münasibətlərində müsbət rol oynayıb. “Mosfilm”in direktoru Qarabağ mənşəli erməni Karen Şahnazarovu bu fikirlərinə görə, Ermənistanda bəzi ekspertlər kəskin tənqid, hətta təhqir etdilər. Şahnazarovu tanımaq üçün onun iki fikri çox şey deyir: birincisi, o bildirdi ki, Rusiya kinosunun 60 faizini ermənilər çəkirlər; ikincisi, Rusiyada ictimai rəyi əksərən ermənilərin əli ilə formalaşdırırlar. Ermənistanda yerevanlı-qarabağlı mübarizəsinin güclənməsi qarabağlıların daxilində mənəvi böhranın artması fonunda Rusiyanın Şahnazarovu dövriyyəyə buraxması Rusiyanın Ermənistanla bağlı yeni siyasətindən xəbər verir.  Qarabağlı eks-prezident Koçaryanın məşhur fikri hər şeyi deyir: “İki qarabağlının eyni vaxtda Ermənistanda prezident seçkiləri uğrunda mübarizə aparması yolverilməzdir” – eks-prezident Koçaryanın bu fikri Ermənistan cəmiyyətində ajiotaj yaradan məsələlərdən biri oldu. Ermənistanın siyasi elitasının siyasi və mənəvi yetkinliyinin dərəcəsini müəyyənləşdirən bu fikir yeni inkişaf stimulu yaratdı. Ermənistanda yerevanlı-qarabağlı davası daha da qızışacaq. Bəzi ziyalılar Koçaryanın bu danışığını “paçan” (küçə uşağı) danışığı kimi dəyərləndirdilər”.

Aqil LƏTİFOV

 





06.02.2013    çap et  çap et