525.Az

Ollanddan cəbhədəki gərginliyə münasibət


 

Ollanddan cəbhədəki gərginliyə münasibət <b style="color:red"></b> “Dağlıq Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etmək mümkündür”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Minsk Qrupunun üç həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Fransua Olland bildirib.  
 
“Prezident  Dağlıq Qarabağda, təmas xəttinin yaxınlığında dinc əhali arasında da itkilərlə nəticələnən ciddi insidentlərdən dərindən təəssüflənir”, - deyə məlumatda bildirilir.   
 
Olland bütün tərəfləri təmkinliyə və atəşkəs rejiminə əməl etməyə çağırıb.
 
“Danışıqlara alternativ yol yoxdur. 2014-cü ilin oktyabrında Parisdə Azərbaycan və Ermənistan prezidentlərini qəbul etmiş prezident Olland münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasına sadiqliyini təsdiqləyib”, - deyə Olland administrasiyasının bəyanatında bildirilir.
 





03.04.2016    çap et  çap et