525.Az

BMT baş katibi cəbhə xəttindəki vəziyyətə münasibət bildirib


 

BMT baş katibi cəbhə xəttindəki vəziyyətə münasibət bildirib<b style="color:red"></b> BMT baş katibi Pan Qi Mun Dağlıq Qarabağda toqquşmala zamanı ağır silahlardan istifadə olunmasından və çoxlu sayda qurbanların olmasından dərin narahatlığını bildirib.    
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT  mətbuat xidmətinin bəyanatına əsasən,  baş katib bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb.
 
Pan Qi Mun bununla əlaqədar BMT Minsk Qrupunu və münaqişənin nizamlanması üzərində çalışan bütün tərəfləri tam dəstəklədiyini təsdiqləyib.
 





03.04.2016    çap et  çap et