525.Az

Kerri: “Münaqişənin hərbi yolla həlli yoxdur”


 

Kerri: “Münaqişənin hərbi yolla həlli yoxdur”<b style="color:red"></b> ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  ABŞ-ın dövlət katibi Con Kerri deyib.
 
“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, - deyə Kerri qeyd edb.
 
“Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq… Biz bir daha təkrarlayırıq - münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, - deyə Kerri əlavə edib.
 





03.04.2016    çap et  çap et