525.Az

Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir


 

Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir<b style="color:red"></b> Ermənistan Silahlı Qüvvələri Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı Baharlı qəsəbəsi atəşə tutulub.

Atılan mərmilərdən biri məcburi köçkün Cümşüd Qasımovun yaşadığı evin həyətyanı sahəsinə düşüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
 





03.04.2016    çap et  çap et