525.Az

ATƏT PA-nın sədri cəbhə xəttində yaranmış gərginliyə münasibət bildirib


 

ATƏT PA-nın sədri cəbhə xəttində yaranmış gərginliyə münasibət bildirib<b style="color:red"></b>

ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
 
APA-nın məlumatına görə, bu barədə ATƏT PA sədri İlka Kanerva və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Vigeninin birgə bəyanatında deyilir. Onlar hesab edir ki, döyüşlər dayandırılmalıdır:

"Dağlıq Qarabağ münaqişəsi uzun illər xeyli insan itkisinə səbəb olub. Biz tərəfləri atəşi dayandırmağa və növbəti zorakılıq hallarının artmasından qaçmaq üçün maksimum təmkin göstərməyə çağırırıq".

Onlar ATƏT-in Minsk qrupuna və onların münaqişənin sülh yolu ilə həlli səylərinə tam dəstəklərini bir daha qeyd ediblər.

 





03.04.2016    çap et  çap et