525.Az

Gürcüstan hökuməti Qarabağla bağlı müşavirə keçirdi


 

Gürcüstan hökuməti Qarabağla bağlı müşavirə keçirdi<b style="color:red"></b>

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili xarici işlər, müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri, komitə sədrləri, müvafiq qurumlar və parlament komitələri rəhbərləri ilə müşavirə keçirib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, toplantıda Dağlıq Qarabağda vəziyyətilə bağlı muzakirələr aparılıb. Əvvəlcə Dağlıq Qarabağda vəziyyətlə bağlı məlumat dinlənilib. 

Sonra Giorgi Kvirikaşvili mülki əhali arasında itkiyə səbəb olan vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpası ilə bağlı narahatlığını bildirib.

O, regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb eden vəziyyətin kəskinləşməməsi istiqamətində beynəlxalq ictimaiyyətin səylərinin müsbət nəticəsinin mümkün olacağına ümid etdiyini deyib.

Bəs Gürcüstan hökumətini nə vadar edib ki, cəbhədəki döyüşlərlə bağlı müşavirə keçirib? 

Modern.az xəbər verir ki, “Atlas” araşdırmalar mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı şərh verib. 

Ekspertin fikrincə, ilk baxışdan cəbhə bölgəsində gərgin vəziyyətin Gürcüstan hakimiyyətinə nə dəxli olduğu sual oluna bilər.   Bununla belə o bildirib ki, Gürcüstan hakimiyyətinin narahat olması səbəbsiz deyil. 

“Söhbət heç də Gürcüstana iki qonşu dövlətin müharibəyə başlamasının Tiflisi narahat etməsindən getmir. Tiflis Ermənistanla Azərbaycan arasındakı münaqişənin haqlı olaraq Gürcüstan ərazisinə keçməsindən ehtiyat edir. Gürcüstanda yaşayan yüzminlərlə azərbaycanlı və erməni başlanan müharibəyə nə dərəcədə sakit yanaşacaqlar?”,-deyə o qeyd edib. 

 





04.04.2016    çap et  çap et