525.Az

Əkrəm Əylisliyə etiraz "O, bu əsərlə ermənilərin dəyirmanına su tökür"


 

Əkrəm Əylisliyə etiraz "O, bu əsərlə ermənilərin dəyirmanına su tökür"<b style="color:red"></b>

Füzuli Dövlət Dram teatrında Əkrəm Əylislinin “Daş yuxular” romanına həsr olunmuş geniş müşavirə keçirilib. Teatrdan ANS PRESS-ə verilən məlumata görə, iclasda çıxış edən teatrın direktoru Vaqif Vəliyev bildirib ki, teatr bu əsərdə göstərilmiş faktlarla çox narazıdır. Onun sözlərinə görə, müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq, Azərbaycan müharibə vəziyyətindədir: “Lakin buna baxmayaraq ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasında olmaq üçün sürətlə irəliləyir. Bütün bunlar Azərbaycana qarşı kəskin qısqanclıq doğurur. Hazırda Azərbaycana qarşı aparılan başlıca siyasət budur ki, ölkəmizin işğal olunmuş torpaqları erməni işğalında qalmasın.

V. Vəliyev vurğulayıb ki, məgər 31 mart soyqırımı, Bakıda törədilən 20 yanvar hadisələri, Şəhidlər xiyabanı, Qafqaz İslam Ordusu, Türk şəhidliyi göz önündə deyilmi?! Azərbaycanın işğal olunmuş torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi, həmçinin Qarabağda vuruşan, amansızcasına öldürülən şəhidlərin qanı işğalçı erməni vandalizminin bariz nümunəsi deyilmi?!

Belə ki, Füzuli rayonu 1993-cü il 23 avqusta erməni qəsbkarları tərəfindən işğal olunduğu vaxt 733 şəhid verib. İşğal nəticəsində rayonumuzdan 1450 nəfər əlil və müxtəlif dərəcəli xəsarət alıb,113 nəfər əsir düşüb.Hal-hazırda Füzuli rayonunun 6 milli qəhrəmanı var. Məgər bunlar erməni vəhşiliyinin sübutu deyilmi?!

Nəticə etibarı ilə bu yuxular yazıçının suyunu içdiyi, torpağında yaşadığı fəxri adlar aldığı vətəninə xəyanətdir. O, bu əsərlə ermənilərin dəyirmanına su tökür.

Daha sonra teatrın yaradıcı heyəti əsərə münasibət bildiriblər. Onlar qeyd edib ki, bu əsər xalqımıza, millətimizə, keçmiş və gələcəyimizə yönəlmiş ünsürlərdən biri sayılır. V.Vəliyev onu da bildirdi ki, müraciət teatrın 60 nəfər üzvü tərəfindən imzalanıb.

 





07.02.2013    çap et  çap et