525.Az

Ədliyyə işçisi özünü yandırmaq istədi


 

Ədliyyə işçisi özünü yandırmaq istədi<b style="color:red"></b>

Ədliyyə işçisi özünə yandırmağa cəhd edib.

Dünən Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinin yeməkxanasında müdir vəzifəsində işləyən Yaşar Nəsirov Baş idarənin qarşısında əlində iki ədəd rezin qabda olan 10 litr benzinlə özünə od vurmaq istəyib.

Polis əməkdaşları onu tutaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə gətiriblər. Özünəqəsdə cəhd edən ədliyyə işçisi Yaşar Nəsirov ifadəsində işlədiyi cəzaçəkmə müəssisəsinin rəhbərliyi ötən ilin dekabr ayından başlayaraq, ona qarşı təzyiq göstərdiyini və işdən çıxarmağa çalışdıqlarını deyib. O, haqsızlığa dözməyərək özünü öldürmək istəyib.

Y.Nəsirov 10 litr benzini üzərinə tökərək alışqanla özünü yandıran anda polis əməkdaşları onu qabaqlayaraq dəhşətli intiharın qarşısını alıblar. Onu da əlavə edək ki, Y.Nəsirov Penitensiar Xidmətin Binə qəsəbəsindəki ailə yataqxanasında yaşayır.

milli.az

 





07.02.2013    çap et  çap et