525.Az

Ərdoğandan İmralı "veto"su


 

Ərdoğandan İmralı "veto"su<b style="color:red"></b>

Baş nazir Rəcəb Tayyib Ərdoğan İmralı müzakirələriylə bağlı şərtini açıqlayıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Macarıstanda jurnalistlərin suallarını cavablandıran baş nazir İmralı ilə aparılan müzakirə prosesinin tıxanmadığını bildirib. Ərdoğan adaya gedəcək heyətlə bağlı kriteriyaları da açıqlayıb: "Dağdakıyla ucaqlaşanı İmralıya göndərmərik. İndiyə qədər verdikləri mesajlarla bu ölkənin həssasiyyətlərinə zərbə vuranları da İmralıya göndərmərik. Çünki onların oradan aldıqları mesajı fərqli şəkildə çatdırma ehtimalı ola bilər".

Ədliyyə Nazirliyi və MİT-in bütün həssasiyyətləri nəzərə aldığını qeyd edən baş nazir hər istəyənin İmralıya göndərilə bilməyəcəyini vurğulayıb.

Baş nazir DHKP-C hücumuyla Fransadakı cinayətlərin İmralı prosesini tıxamağa yönəlmiş təşəbbüs olub-olmadığına dair sualı da cavablandırıb: "Bunların bölücü terror təşkilatı hər nə qədər eyni olmasa da, ortaq, yandaş strukturları var. Biz girdiyimiz bu prosesi fövqəladə bir vəziyyət olmasa, planlaşdırdığımız kimi davam etdirməkdə qərarlıyıq".

 





07.02.2013    çap et  çap et