525.Az

Düşmən itkilərinin daha bir qismini etiraf etdi


 

Düşmən itkilərinin daha bir qismini etiraf etdi<b style="color:red"></b> Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər.
 
APA-nın məlumatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə ordusunun operativ şöbəsinin rəisi polkovnik" Vitaliy Arustamyan deyib ki, təkcə aprelin 2-nə keçən gecə baş vermiş insident nəticəsində Ermənistan tərəfdən 20 nəfər ölüb, 26 nəfər itkin düşüb, 72 nəfər isə  yaralanıb.
 
Arustamyan, həmçinin, 8 strateji yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini də etiraf edib.
 
Qeyd edək ki, bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan daha 18 nəfərin öldüyünü açıqlamışdı.
 
Məlumatlara görə, son insidentdə ermənilərin 140-dən hərbçisi məhv edilib və itkin düşüb, 500-dək isə yaralı var.
 





04.04.2016    çap et  çap et