525.Az

"Sülh üçün çalışmaq istəyirəm"


 

"Sülh üçün çalışmaq istəyirəm"<b style="color:red"></b>

ABŞ-ın yeni dövlət katibi Con Kerri xalq qarşısında and içib.

525.az-ın  Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kerri keçən həftənin cümə günü vəzifəsini Hillari Klintondan təhvil alarkən andiçmə mərasimi keçirilmişdi. Bu gün isə dövlət katibi xalqın qarşısına çıxıb.

Kerriyə vitse-prezident Cosef Bayden and içdirib. İncili isə dövlət katibinin xanımı Tereza Hayns Kerri tutub. Andiçmə mərasimində Kerrinin Senatın Xarici Əlaqələr Komitəsində birgə çalışdığı bzi senatorlar da iştirak edib.

Bayden çıxışında Kerrinin dostu olduğunu bildirərək onun bu vəzifəyə gəlməsindən məmnun olduğunu söyləyib. Kerri isə "Andiçmə mərasimlərində iştirak etməyə vərdiş etmişdim, amma and içmək də gözəlmiş" deyə zarafatla sözə başlayıb. Dövlət katibi "Bu işi qəbul etmək istədim, çünki sülh üçün çalışmaq istəyirəm" deyib. Kerri terrorizmə və radikallığa qarşı mübarizəsini qərarlılıqla davam etdirəcəyini söyləyib.

 





07.02.2013    çap et  çap et