525.Az

Rektor müavininə cinayət işi açıldı


 

Rektor müavininə cinayət işi açıldı<b style="color:red"></b> Baş Prokurorluq təhsil sahəsində aşkar edilmiş yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Mustafayev Vahid Qaflan oğlunun qanunsuz əməlləri barədə daxil olmuş material araşdırılıb.
 
Müəyyən edilib ki, V. Mustafayev Vəliyeva Aygün Seyfəddin qızının filialın qiyabi şöbəsinə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirilməsi üçün atası Seyfəddin Vəliyevdən 2007-ci ildə 3.200 ABŞ dolları, 2007-2011-ci tədris illəri üzrə hər semestr üçün çəkiləcək xərc, eləcə də  A. Vəliyevanın guya təhsilini həmin filialda başa vurması barədə diplom veriləcəyi adı ilə ayrı-ayrı vaxtlarda 1.900 manat məbləğində pulu aldatma yolu ilə alaraq 2012-ci ilin iyun ayında A. Vəliyevanın adına saxta diplom təqdim edib.
 
Fakta görə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
 





07.02.2013    çap et  çap et