525.Az

Əbülfəs Qarayev: “Bu il daha çox turist gözləyirik”


 

Əbülfəs Qarayev: “Bu il daha çox turist gözləyirik”<b style="color:red"></b> “Bu ilin yayında Azərbaycana Rusiya, İran və Körfəz ölkələrindən daha çox turistin səfər edəcəyi gözlənilir”.
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, 2015-ci illə müqayisədə bu il daha çox turistin gələcəyi gözlənilir:
 
“İki gün bundan əvvəl Azərbaycan nümayəndə heyəti iki Körfəz ölkəsində - Qətər və Küveytdə səfərdə oldu. Onların bütün kütləvi informasiya vasitələri Azərbaycanın turizm potensialı haqqında məlumat yayıb.

Artıq “AZAL”la birgə birbaşa uçuşların açılması da müzakirə edilir. Ona görə də Körfəz ölkələrindən turistlərin axınının çoxalmasını gözləyirik”.
 
Ə. Qarayevin sözlərinə görə, yeni təqdim olunan bazarlar sırasında Avropa xüsusi yer tutur. O, bəzi Avropa ölkələrindən Azərbaycan gələn turistlərin sayının 15-20 faiz artdığını da açıqlayıb.
 





07.04.2016    çap et  çap et