525.Az

Həftə sonu hava necə olacaq?


 

Həftə sonu hava necə olacaq?<b style="color:red"></b> Yanvarın 9-10-da ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir çiskinli az yağış yağacağı, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
 
Fevralın 10-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 2-6, 7-12 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 3-8, yüksək dağlıq ərazilərdə 10 dərəcə isti olacağı gözlənilir.
 
Fevralın 10-da hava şəraitində mühüm dəyişiklik olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 0-5, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
 





08.02.2013    çap et  çap et