525.Az

YAP-dan “süni peyk” açıqlaması


 

YAP-dan “süni peyk” açıqlaması <b style="color:red"></b>

“Azərbaycanın süni peykinin orbitə çıxarılması tariximizin əlamətdar hadisəsi sayılmalıdır, bununla ölkəmiz hərtərəfli inkişafının yeni hüdudlarını ortaya qoymuş oldu. Mən bu əlamətdar hadisəni son illərdə Azərbaycanın hərtərəfli, sürətli inkişafının çox mühüm zəruri nəticəsi hesab edirəm və şahidi olduğumuz iqtisadi dinamika, modernləşmə, yüksəliş meyllərinin nəticə etibarilə Azərbaycanın kosmik ölkələr sırasına qoşulmasına gətirib çıxarması tamamilə gözlənilən idi”.

525.az-ın məlumatına görə, bu fikirləri YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib.  Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın müasir tarixi möhtəşəm layihələri ilə zənginliyi ilə seçilir: “Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası, inanılmaz iqtisadi sıçrayış, qeyri-adi infrastruktur layihələri, Bakının ecazkar simasının yaradılması və sair əzəmətli inkişaf nümunələri bu sırada sadalanmağa layiqdir. Nəhayət, süni peykin orbitə çıxarılması.

 İnanıram ki, Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən  ölkə kimi imicinin daha da möhkəmlənməsində orbitə  çıxarılan ilk Azərbaycan peyki müstəsna rol oynayacaq, ölkəmizin texnoloji inkişafına böyük təkan verəcək. 
İlk Azərbaycan süni peykinin orbitə çıxarılmasının təşəbbüskarı və bu möhtəşəm layihənin həyata keçirilməsi üçün bütün lazımi şəraitin yaradılmasının təminatçısı kimi ölkə Prezidenti cənab İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirəm. Uğurlu və xeyirli olsun!”.

K.Həmzəoğlu

 





08.02.2013    çap et  çap et