525.Az

Əkrəm Əylisli kömək istədi


 

Əkrəm Əylisli kömək istədi<b style="color:red"></b>

Xalq yazıçısı fəxri adından və prezident təqaüdündən məhrum edilən azərbaycanlı yazıçı Əkrəm Əylisli Rusiyanın “Qolos Rossii” radiosuna müsahibə verib.

ANS PRESS-in məlumatına görə, bir sətirində belə ermənilərin azərbaycanlılara törətdiyi vəhşiliklərin yer almadığı “Daş yuxular” romanının müəllifi, əsərinin erməni və azərbaycalılar arasında sülh yaratmaq məqsədilə yazdığını açıqlayıb: "Mən dəfələrlə vurğulamışam ki, bu iki xalq – azərbaycanlılar və ermənilər dinc yanaşı yaşaya bilərlər. Onların bu imkanı var. Əsas məqsədim də bu fikri çatdırmaq idi".

Əylisli müsahibəsində siravi azərbaycanlıların ermənilərlə birlikdə dinc şəraitdə yaşamaq istəyindən, lakin rəsmi hökümətin xalqlar arasında nifrət siyasəti apardığını iddia edib. Yazıçı romanının rəsmi siyasətə qarşı olduğunu bəyan edib.

Yazıçı olaraq onun “Daş yuxular” romanına görə təqib olunmasını anormal hal kimi dəyərləndirən Ə.Əylisli bacardığı kimi müdafiə olunduğunu deyib. Yazıçı ona qarşı 1930-cu illərin ssenarisi aəsasında kampaniya aparıldığını da iddia edib.

Əsəri ilə tanış olmalarını istəyən Ə. Əylisli səfirliklərə müraciət etdiyini və eyni zamanda rus ziyalılarının bu məsələ ilə bağlı rəy bildirməsini istəyib. “Dostum Andrey Bitovun (rus yazıçısı) telefon nömrəsini itirmişəm. Onun kimi bir adam əsərimlə tanış olarsa, məni dəstəkləyən dəlillər gətirərdi. Bu mənə çox kömək edərdi”.

 





08.02.2013    çap et  çap et