525.Az

Rusiyada Azərbaycan vətəndaşları saxlanılıb


 

Rusiyada Azərbaycan vətəndaşları saxlanılıb<b style="color:red"></b>

Ötən gün Sankt-Peterburq (Rusiya) şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılanlar arasında terror fəaliyyətində şübhəli bilinən bir neçə ölkənin vətəndaşı saxlanılıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu ölkənin İstintaq Komitəsi əməliyyatın Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində keçirildiyini bildirib.
 
Saxlanılan 271 nəfər arasında Azərbaycan, Özbəkistan, Tacikistan, Misir və Əfqanıstan vətəndaşları da var. Onlardan 10 nəfərinin üzərində saxta sənəd tapılıb, 20 nəfərin hər hansı sənədi olmayıb, 6 nəfərin barəsində isə Rusiyadan deportasiya olunmaq qərarı mövcuddur.
 
Saxlanılanlar “terror fəaliyyətinin həyata keçirilməsinə açıq çağırışlar və ya terrorçuluğa açıq bəraət qazandırmaq”da və “düşmənçilik yaratmaq və insan şəxsiyyətinin alçaldılması”nda ittiham olunurlar. Bu ittihamlar təsdiqlənərsə, onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 





09.02.2013    çap et  çap et