525.Az

"Grammy"də qadın sənətçilərə xəbərdarlıq


 

"Grammy"də qadın sənətçilərə xəbərdarlıq<b style="color:red"></b>

CBS TV kanalı bazar günü keçiriləcək "Grammy" mükafatlarının təqdim olunma mərasimində iştirak edəcək sənətçilərdən geyimlərinə fikir vermələrini istəyib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kanal canlı yayımlanacaq mərasimdə xüsusilə qadın sənətçilərdən bədənlərinin müəyyən hissələrini lazım gələcək qədər örtmələrini istəyib.

CBS səhnəyə çıxacaq sənətçilərə göndərdiyi qeyddə açıq-saçıq paltarların problem yaratdığını bildirib və sənətçilərin geyim məsələsində həssas olmalarını tələb edib.

55-ci "Grammy" mükafatlarının təqdimolunma mərasimi bazar axşamı Los Ancelesdəki Staples Mərkəzində olacaq.

Stinq, Rihanna, Bruno MArs və Keli Klerksonun səhnə alacağı gecənin aparıcıları isə Beyons, Prins, Cenifer Lopes və Hanter Heyz olacaq.

 





09.02.2013    çap et  çap et