525.Az

UEFA "Neftçi"ni 20 min avro cərimələdi


 

UEFA "Neftçi"ni 20 min avro cərimələdi UEFA-nın İntizam Komitəsi iyulun 17-də keçirilmiş "Neftçi"-"Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən klubumuz cərimələnib. 

UEFA-nın "Neftçi"yə ünvanladığı məktubda buna səbəb "Neftçi" - "Zestafoni" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcədə fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib. 

Bundan başqa final fitindən dərhal sonra fotoqrafların meydançaya daxil olmasını da Avropanın Ali futbol qurumu yolverilməz hal kimi qiymətləndirib.
 
Nəticədə UEFA-nın İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, klubumuzu 20 min avro məbləğində cərimələyib.
 





24.09.2012    çap et  çap et