525.Az

Türkiyə - İsrail matçında “One minute” qalmaqalı (VİDEO)


 

Türkiyə - İsrail matçında “One minute” qalmaqalı <b style="color:red">(VİDEO)</b> Türkiyə ilə İsrail milliləri arasında keçirilən buzüstü xokkey qarşılaşmasında qalmaqal yaşanıb. Hadisə Beynəlxalq Xokkey federasiyasının təşkilatçılığı ilə keçirilən U-18 (18 yaşından kiçiklər) xokkey üzrə dünya çempionatında baş verib. Məlumata görə, bir qrup azarkeş matç vaxtı üstündə baş nazir Rəcəb Tayyib Ərdoğanın şəkli olan və “One Minute” yazılmış banner açıb. Bundan sonra oyunçular arasında da qalmaqal baş verib. Polis dərhal aksiyaçılara müdaxilə edərək banneri yığışdırıb. Qarşılaşma isə İsrail yığmasının 6 – 1 hesablı qələbəsi ilə başa çatıb.

anspress

 





10.02.2013    çap et  çap et