525.Az

İmperialist oyunlar - Orxan Aras Almaniyadan yazır


 

İmperialist oyunlar - <b style="color:red">Orxan Aras Almaniyadan yazır</b>

"Millətin həyatı üçün təhlükə yoxdursa, müharibəyə başlamaq cinayətdir".

Bu sözləri neçə-neçə döyüşə əmr vermiş böyük komandan Atatürk 1923-cü ildə Adanada deyib. Heç bir ağlı başında olan insan döyüş istəməz, istəyə bilməz. Döyüş yalnız insanları deyil, bütün təbiəti məhv edər. İnsanlar üzərində uzun illər davam edən böyük tramvalar yaradar. Amma bir insanın, bir cəmiyyətin varlığının təhlükəyə girməsi onu ölümlə həyat arasında seçim etmək məcburiyyətində qoyur.

Savaş tarix boyu həmişə zalımların və imperialistlərin işinə yarayıb. Onların bütün sərvətlərini, var-dövlətlərini başqalarının axıdılan qanı hesabına əldə ediblər. Amerika Konqresinin açıqladığı rəqəmlərə görə, 2007-2014-cü illərdə Amerikanın silah satışından qazandığı pul 250 milyard dollar, Rusiyanınkı isə 85 milyard dollardır.

Ətrafımızdakı bütün yanğınlar gözüdoymazların pul qazanmaq ehtirasından qaynaqlanır.

İmperialist ölkələr heç vaxt digər ölkələrin rahat olmasını istəməz. Bu gün Ermənistanın Azərbaycan torpaqlarını işğalı da bir imperialist işğalıdır. Ermənilər tarix boyu həmişə bu imperialist yalanlara inanaraq birlikdə yaşadıqları qonşularına xəyanət ediblər. Dəfələrlə Osmanlı türklərinə, Azərbaycana, gürcülərə və digər xalqlara qarşı düşmən niyyətləri ilə öz övladlarını da ölümə göndəriblər.

O qədər xəyal və ehtiras içində yaşayıblar ki, son yüz ildə həm özlərini, həm də başqalarını bədbəxt ediblər. Hətta Sovetlər dövründə də uşaqlarını kilsədə kin və intiqam içində böyüdüblər. "Dənizdən dənizə Ermənistan" xəyalı onların ruhlarını döyüşlə, qanla, intiqamla murdarlayıb. Öz yaşadıqları bölgələri abad etmək, qonşularla sülh içində gözəl günlər yaşamaq duyğusunu təəssüf ki, uşaqlarına verə bilməyiblər. Başda Rusiya, Fransa, İngiltərə olmaqla bütün imperialist ölkələr həmişə erməni gənclərinin qanı ilə öz məqsədlərinə nail olmaq istəyiblər. Onları qızışdırıblar, ümidləndiriblər, qabağa veriblər və öldürüblər. Onların ölülərindən belə yararlanıblar. Nə zaman Türkiyə ilə əlaqələri pozulma nöqtəsinə gəlibsə, dərhal "Erməni soyqırımı" kartına sarılıblar. Bunu illərdir edirlər.

İndi Rusiya yenə barışıq adı altında öz maraqlarını düşünür və ona görə hərəkət edir. Əslində, Ermənistan heç də veclərinə deyil. Ermənistan bunu anladığı an bölgə bir sülh bölgəsi olacaq. İndi anlamadığı üçün orada bir Ermənistan dövləti yoxdur. Yalnız imperialistlərin sözləriylə həyatını davam etdirən bir xalq var.

Bu qısa döyüşdə Ermənistanın necə bir oyuna düşdüyü bir daha açıq-aşkar ortaya çıxdı. Barış həvarisi kimi Rusiyanın ortaya atılmasına baxmayaraq, bütün rus mediası Ermənistanı dəstəklədi. Fransa, Almaniya və digər Avropa ölkələri "qan tökülməsin" şərhi etmələrinə baxmayaraq, media dərhal "erməni məzlumluğunu" yenidən gündəmə gətirdi. Avropa mətbuatının verdiyi xəbərlər həqiqətən utancvericidir. Xəbərlərin başlığı belə idi: xristian Ermənistanla müsəlman Azərbaycan ...

Belə yazan bir qəzetə məktub yazdım və bir sual soruşdum. Fransa Afrikadakı Maliyə bomba yağdırarkən nə üçün xristian Fransa deyə başlıq atmırsınız? Susdular, cavab vermədilər.

Burda təbii ki, yenə imperialistlərin bir oyunu var. O da Avropa xalqlarının bu döyüşün bir xristian-müsəlman savaşı kimi görməsini təmin etməkdir.

Nihal Atsız illər yazırdı:

Sızlasa da könüllər düşənlərin yasından,
Qaçar addım getməli onların arxasından.
Qəhrəmanlıq - içərək acı ölüm tasından
İrəliyə atılmaq və sonra dönməməkdir.

Bu gün Azərbaycan xalqı müharibə, ölüm istəmir. Onlar öz hüquqlarını, öz torpaqlarını istəyir. Bu səbəblə haqq bildiyi yolda getmək və geriyə dönməmək onların ən böyük haqqıdır.

 





13.04.2016    çap et  çap et