525.Az

Ərdoğan terror aktında yaralanan jurnalistə baş çəkib


 

Ərdoğan terror aktında yaralanan jurnalistə baş çəkib<b style="color:red"></b>

Baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinə edilən hücum zamanı yaralanan diplomatiya müxbiri Didəm Tuncaya baş çəkib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan Didəm Tuncayın həftə sonu xəstəxanadan çıxacağını söyləyib.

Xarici işlər naziri Əhməd Davudoğlu da xəstəxanaya gedib. Nazir jurnalistlərə verdiyi açıqlamada Didəm Tuncayın səhhətiylə bağlı ümidverici xəbərlər olduğunu söyləyib: "Didəmin həm fiziki, həm də psixoloji baxımdan belə sağlam görmək məni sevindirdi. Həkimlər estetik baxımdan hər hansı problem olmayacağını, sağ gözünün görmə funksiyasının da geri gəlmə ehtimalının olduğunu bildirdilər. Gözəl xəbər aldığımız üçün sevinirik, inşallah, daha gözəl xəbərlər olacaq".

 





11.02.2013    çap et  çap et