525.Az

DİN Əkrəm Əylislinin təhdid edilməsinə münasibət bildirib


 

DİN Əkrəm Əylislinin təhdid edilməsinə münasibət bildirib<b style="color:red"></b> Daxili İşlər Nazirliyi “Müasir Müsavat” partiyasının rəhbəri Hafiz Hacıyevin mətbuatda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a bildirib ki, məsələ ilə bağlı onlarda rəsmi məlumat yoxdur: “Cəmiyyətdə tutduğu mövqedən, sosial-siyasi , dini, milli, mənsubiyyətindən asılı olmayaraq heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur. Bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və araşdırmaların nəticəsinə uyğun olaraq qanuna müvafiq formada tədbirlər görüləcək”.
 
Qeyd edək ki, Əkrəm Əylislinin “Daş yuxular” romanının ictimai müzakirələrə çıxmasından sonra Müsair Müsavat partiyasının rəhbəri olan Hafiz Hacıyev yazıçının qulağının kəsilməsini tələb edib. Hətta partiya lideri bunu edəcək şəxsə 10 min manat mükafat fondu da təyin edib.
 





11.02.2013    çap et  çap et