525.Az

Bakıda yağış yağacaq


 

Bakıda yağış yağacaq<b style="color:red"></b> Ölkə ərazisində hava şəraiti qısa müddətə dəyişəcək.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, bu gün və sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər yağışlı hava şəraiti müşahidə olunacaq. Bölgələrdə, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
 
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsəcəyi gözlənilir. Sabah küləkli hava şəraiti davam edəcək. Arabir küləyin sürəti güclənəcək. Axşam isə şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Sabah gündüz saatlarında 5-8 dərəcə isti olacaq.
 
Bölgələrdə sabah yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Qərb küləyi əsəcək, arabir sürəti güclənəcək. Aran rayonlarında gündüz 6-11 dərəcə, dağlıq rayonlarda isə 1-6 dərəcə isti gözlənilir. Fevralın 13-də axşam Qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsəcəyi gözlənilir.
 





12.02.2013    çap et  çap et