525.Az

"Park Bulvar"da qarət


 

"Park Bulvar"da qarət<b style="color:red"></b>

Bakının ticarət mərkəzlərindən birində cinayət törədilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 4-də Neftçilər prospektində yerləşən “Park Bulvar” ticarət mərkəzində Bakı şəhər sakini Rüfət Fərəcova məxsus elektron siqaretlərin satışı məntəqəsinə soxulublar. Dolabın qapısı sındırılıb və 4300 manat və 300 manat dəyərində elektron siqaret oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xudat şəhər sakini Fuad Xəlilov fevralın 11-də yaxalanıb.

Onu da əlavə edək ki, F.Xəlilov əvvəllər də məhkum olunub.

 





12.02.2013    çap et  çap et