525.Az

Tərxis edilən gənclərlə görüş oldu


 

Tərxis edilən gənclərlə görüş oldu<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsində ordudan tərxis olunan gənclərlə görüş keçirilib.

Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin rəisi mayor Zöhrab Camalov  vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək,  onlara gələcək həyatlarında uğurlar arzuladı.

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu icrasından danışdı. Bu proqram çərçivəsində gənclərin məşğulluğun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırdı. 

Çıxışlarda qeyd olundu ki, son illər silahlı qüvvələrimizin sıralarında müddətdən artıq hərbi qulluqçu kimi çalışanların sayı artıb. İndi həqiqi hərbi xidmətini başa vuran gənclər könüllü olaraq hərbi hissələrə qayıdır və vətənin keşiyində mərdliklə dayanırlar. Respublikamızın müxtəlif bölgələrində məskunlaşan Kəlbəcərli məcburi köçkünlərdə daim dövlətə və vətənə bağlılığı ilə seçilir.
 
Çıxış edən gənclər hər an Ali Baş Komandanın əmri ilə düşmənə layiqli müqavimət göstərməyə hazır olduqlarını söyləyiblər.

Çıxışlarda işğal altında torpaqlarımızın tezliklə azad olunacağına və məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qayıdacaqlarına əminlik ifadə olunub. Sonda həqiqi hərbi xidmət müddətini başa vuran gənclərə hərbi bilet və qiymətli xatirə hədiyyələri təqdim olundu.

 





21.04.2016    çap et  çap et