525.Az

Mübariz Qurbanlı: "Tolerantlıq heç də başqalarına güzəştə getmək deyil"


 

Mübariz Qurbanlı: "Tolerantlıq heç də başqalarına güzəştə getmək deyil"<b style="color:red"></b>

"Bu gün Azərbaycanda dini durum sabitdir". 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirb.

O deyib ki, Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur və ölkə qanunları da bunun əleyhinədir. Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub.

Onun sözlərinə görə, ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında bizim xalqımıza xas olan humanizmin və multikultural dəyərlərin müstəsna rolu var.

"Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub. Bizdə heç vaxt təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar. Tolerantlıq heç də başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, öz xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır.

Bəzən tolerantlığı başqaları qarşısında geri çəkilmək kimi təbliğ etmək istəyənlər olur. Bu, yanlışdır"-deyə, M. Qurbanlı bildirib.

K. HƏMZƏOĞLU

 





21.04.2016    çap et  çap et