525.Az

Həlak olan zabitlərimiz son mənzilə yola salınır (VİDEO)


 

Həlak olan zabitlərimiz son mənzilə yola salınır<b style="color:red"> (VİDEO)</b>

Bu saatlarda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlunun dəfn mərasimi keçiriləcək.

Onların meyidləri artıq yuyulub və dəfnə hazırlıq görülüb. Rüstəm Rüstəmovun cənazəsi dəfn edilmək üçün Cəlilabad rayonuna aparılıb, Bəhruz Zeynalovun meyiti bu gecə paytaxtda yerləşən Göy Məscidə aparılıb.

Qeyd edək ki, mərhumun atası Novruz Zeynalovun İran İslam Respublikasında olduğundan meyidin yuyulması onun gəlişinə qədər uzadılıb və yalnız atanın gəlişindən sonra lazımi işlərə başlanılıb.

Bundan sonra mərhum leytenant Bəhruz Zeynalovun meyidi üzərinə üçrəngli bayrağımız salınmış halda çiyinlərdə son mənzilə doğru yola salınıb. Xatırladaq ki, bu ay Bəhruzun toyu olacaqmış.


 





12.02.2013    çap et  çap et