525.Az

Yeni Papa kim olacaq?


 

Yeni Papa kim olacaq?<b style="color:red"></b>

16-cı Venediktin fevralın 28-də istefa verəcəyini açıqlamasıyla birlikdə yeni Roma Papasının kim olacağına dair diskussiyalar başlayıb. Honduras, Qana, Kanada, İtaliya və Nigeriyadan olan kardinallar favoritlər arasında göstərilir.

Dünyanın ən çox katolik əhalisinin yaşadığı Latın Amerikası ölkələri yeni Papanın bu bölgədən seçilməsini istəyirlər. Ancaq Kardinallar Şurasının 118 üzvündən 62-sinin avropalı, 19-nun isə Latın Amerikası kökənli olması bu ehtimalı azaldır. Latın Amerikasındakı bəzi kardinallar və rahiblər yeni seçkidə bütün ehtimalların müzakirə edilə biləcəyini, onların arasında da İtaliya, Almaniya və Polşa kökənlilərin olduğunu və bu səbəbdən Papalığa Latın Amerikası mənşəli birinin gətirilməsinin vaxtının gəldiyini bildirirlər.

176 milyon katolikin yaşadığı Afrika qitəsində isə yeni Papanın "qara qitə"dən olub-olmayacağı ehtimalı müzakirə edilir. Seneqallı kardinal Teodor Adrien Sarr Afrika mənşəli Papa fikrini tez-tez beynindən keçirdiyini deyib və "Ancaq kilsə və dünya afrikalı Papa fikrinə hazırdırmı" deyə şübhəsini ifadə edib.

TRt

 





12.02.2013    çap et  çap et