525.Az

Dünyanın ən çox ziyarət edilən ölkəsi


 

Dünyanın ən çox ziyarət edilən ölkəsi <b style="color:red"></b>

Dünya Turizm Təşkilatı (DTT) 2015-ci il üçün dünyanın ən çox ziyarət edilən ölkələrinin siyahısını hazırlayıb.

Bu barədə Trend "The Telegraph" qəzetinə istinadən xəbər verir.

Məlumatlara əsasən, siyahıda öndə gələn Fransanı keçən il 86,3 milyon insan ziyarət edib.

Siyahıda ikinci yerdə ABŞ (77,9 mln turist) gəlir. Üçüncü yerdə isə 68,1 milyon insanla İspaniya yer alıb.

Ən şox ziyarət olunan ölkələr siyahısında Çin, İtaliya, Yunanıstan, Türkiyə, Almaniya, Böyük Britaniya, Meksika və Rusiya da var.

 





22.04.2016    çap et  çap et