525.Az

Bu gənclər prezidentin təqaüdünə layiq görüldülər (SİYAHI)


 

Bu gənclər prezidentin təqaüdünə layiq görüldülər (SİYAHI)

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Xancalova Firuzə Arif qızı - Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsi

Məlikov Əli Həsən oğlu - Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Şükürov Mirpaşa Mustafa oğlu - Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Vəliyev Nəcəf Xəluq oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Yusifov Yusif Nadir oğlu - Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

 





24.09.2012    çap et  çap et