525.Az

Millətə atılan „daş yuxular“


 

Millətə atılan „daş yuxular“<b style="color:red"></b>

Almaniyadan yazır

Milli kökümüzü, dinimizi baltalayanları planlı şəkildə Sovet ədəbiyyatında təbliğ etməklə özümüz özümüzə yadlaşmışıq. Keçmiş Sovet ölkəsi parçalanıb, amma düşüncə tərzimiz hələki dəyişməyib. Əkrəm Əylisli sözügedən romanı ilə özünə haqq qazandırır və bəziləri də ona yazardır, nə istəsə yazar deyə haqq verirlər. Bizlər ilk növbədə öz milli soy kökümüzü, dinimizi təbliğ etməyi öyrəndikdən sonra özümüzü tanıyacaq və xalqa tanıtdıracağıq. Dinimizi təhqir edən yazarları, şairləri UNUTMALIYIQ VƏ UNUTTURMALIYIQ!!! Sovet Ədəbiyyatına son qoymağı bütünlüklə bacara bilmərik, orada da incilər var, tapmaq isə bir az zəhmət və yeni ruh  tələb edir. O incilərin içində Türk dünyasının önəmli insanları var, gəlin onları təbliğ edək. Onlar kimi yazanları, milli soy kökünə sahiblənməyi, dinimizi sevməyi, uşaqlarımıza aşılayaq. Necə ki, Dahi Nizamı Gəncəvi, Məhəmməd Füzuli kimi insanlar Allaha bağlı idilər, bizlər də onları təbliğ etdiyimiz kimi Məhmət Akif Ersoyu,  Nəcib Fazil  Qısakürəyi,  Aşıq Veysəli,  Məhəmməd Hadini, Bəxtiyar Vahabzadəni, övladını və canını bu xalqa qurban verən  Xəlil Rza Ulutürkü və başqalarını öyrənək və təbliğ edək.

Əlbəttə bir milyona yaxın qaçqını olan Azərbaycana ruh lazımdır, onun dərdinə yanmağı bacaran, inamını artıran ilahi bir qüvvəyə inam lazımdır. Biz o imandan, Allahdan uzaq düşdük, və Sovet ölkəsinin təsiri ilə düşürüldük!!! Əkrəm Əylisli bəy də hələ ki, Ruhunu  onun bunun ruhu ilə yaşamaqdadır. Ruhunuza dönmək üçün Allaha dua oxuyuram, Əkrəm bəy! Bağışlayın Əkrəm bəy, bu cümləm xətirinizə dəyəcək. Amma siz hələ də Rusiyanın, ermənilərin ruhunu, dünyanın gedişatını anlamırsınız. Bu yazınızla kimə və nəyə haqq qazandırırsınız? Sizin kimi yazanları da ruhsuzluqda günahlandırıram. Avropada, Amerikda və dünyanın çox yerində yaşayan insanlarımız  sizin kimi düşünsəydi çoxdan Azərbaycan xalqının sayı azalar, yox olardı. Əgər hər getdiyimiz ölkənin xoşuna gəlmək üçün öz ölkəmizi, öz milli kökümüzü baltalasaydıq, ruhumuzu hər getdiyimiz ölkənin havasına dəyişsəydik biz kim idik indi. Sizin kimi düşünənlər də var, hər getdiyi ölkəni özünə vətən edən, yəni Ermənistanı da heç utanmadan vətən edənlər var. O insanlar bizlərin adına  ləkədir. Bu yazınızla bizlərə vətən sevgisini necə öyrədə bilərsiniz? Sizə verilən mükafatları bu qədərmi dəyərsiz hesab etdiniz? Sizin kimi bir azərbaycanlıdan hansı örnəyi ala bilərik? Biz xaricdə yaşayanları bu şəkildəmi Vətənə bağlayırsınız, öz xalqımızı təhqir etməklə? Mən sizin kimi düşünənlərə səslənirəm, ruhunuzu təzələyin. Özünüz özünüzü qurtarın…

Bizim uşaqlar sizin kimi birisinin yazısını oxuyub, başqaları tərəfindən qınağa tutulduqca, bəd dualarımızı alacaqsınız. Ermənilərə bizdən inamlı kimi baxırsan, onların dini kitabını əlinə alıb dindən nə qədər uzaq olduğunu oxusaydız, başımıza bu bəlaları gətirən, qaniçənlərin insanlıq adına ləkə olduqlarını da öyrənmiş olardız. Sovet İttifaqı çoxdan dağılıb Əkrəm bəy, ayılın və özünüzə gəlin, manqurtlaşmış dünyanızdan çıxın, Xocalı soyqırımında, Qarabağda şəhid olmuş o körpə məsum körpələri, anaları, bacıları düşünün.......

 





12.02.2013    çap et  çap et