525.Az

İntiqam Yaşardan yeni kitab


 

İntiqam Yaşardan yeni kitab<b style="color:red"></b>

Aprelin 22-də Gənc Tamaşaçılar Teatrında Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc yazar İntiqam Yaşarın  “... Və susarsan” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Müəllifin 525.az-a verdiyi məlumata görə, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə məsul katibi, şair Rəşad Məcid, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs, qocaman şair Dəmir Gədəbəyli, keçmiş millət vəkili  Nazim Məmmədov, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, tanınmış ziyalı Rəşid Mahmudov, şairə Fərqanə Mehdi və başqaları çıxış edib, kitab haqqında fikirlərini bölüşüblər.

Sonda kitabdan bir neçə şeir səsləndirən müəllif iştirak edən qonaqlara təşəkkürünü bildirib və kitabları imzalayıb. 

Qeyd edək ki, “... Və susarsan”  İntiqam Yaşarın ikinci şeirlər kitabıdır. Nəşrdə müəllifin son illərdə heca və sərbəst vəzndə yazdığı şeirləri yer alıb. Kitabın məsləhətçisi şair-publisist Əkbər Qoşalı, redaktoru şair Kənan Hacı, rəssamı İsmayıl Cabbarov, dizayneri Bulud Çağlayandır.

 





25.04.2016    çap et  çap et