525.Az

“Dağlıq Qarabağ münaqişənin həllində Avropa Birliyinin öz mövqeyi olmalıdır”


 

“Dağlıq Qarabağ münaqişənin həllində Avropa Birliyinin öz mövqeyi olmalıdır”<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin öz mövqeyi olmalıdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Tiflisdə jurnalistlərə açıqlamasında deyib.
 
Nazir müavini “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən qeyri-rəsmi toplantı haqda fikirlərini bildirib. O xatırladıb ki, “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində hər 6 aydan bir xarici işlər nazirlərinin iştirakı ilə toplantı keçirilir: “Keçən il bu görüş Kişinyovda oldu və bu ilin payızında Litvada “Şərq Tərəfdaşlığı”nın prezidentlər və hökumət başçıları səviyyəsində sammiti təşkil olunacaq. Bu gün Tiflisdə keçirilən İkinci görüşdə biz informasiya mübadiləsi apardıq. Əlbəttə, biz Azərbaycan ictimaiyyətini maraqlandıran Dağlıq Qarabağ münaqişəsi barədə də fikirlərimizi bildirdik. Qeyd etdik ki, bu proqramın daha səmərəli fəaliyyəti üçün ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsini həll etmək lazımdır. Bunun üçün Avropa Birliyi gərək öz nüfuzundan istifadə etsin və sadəcə, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləməklə kifayətlənməsin. Avropa Birliyinin özünün müstəqil mövqeyi olmalıdır”.

 





12.02.2013    çap et  çap et