525.Az

Afət Viləşsoydan “Anama məktub”


 

Afət Viləşsoydan “Anama məktub” <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü gənc şair Afət Viləşsoyun (Abuşova) “Anama məktub” adlı şeirlər kitabı işıq üzü görüb.

525.az-ın verdiyi məlumata görə, "Ləman nəşriyyat və poliqrafiya" MMC tərəfindən çap edilən kitabın redaktoru şairə Fərqanə Mehdiyeva, ön sözün müəllifi gənc şairə Şəfa Eyvazdır.

Kitabda müəllifin 150-dən çox şeir, esse və oçerkləri yer alıb.

Təqdimat mərasimi AYB-nin “Natəvan” klubunda aprelin 27-də saat 14:00-da baş tutacaq.

Qeyd edək ki, “Anama məktub” yazarın sayca 6-cı kitabıdır. Bundan əvvəl onun “Könül pıçıltısı” (2004), “Çiçək nəğməsi” (2006), “Salam Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” (2012) kitabları işıq üzü görüb.

Məlumat üçün bildirək ki, kitabın qiyməti 5 manatdır.

 





26.04.2016    çap et  çap et