525.Az

ABŞ-da Rza Zərrabın ilk məhkəmə iclası keçirilib


 

ABŞ-da Rza Zərrabın ilk məhkəmə iclası keçirilib<b style="color:red"></b> ABŞ-da saxlanılmış İran əsilli iş adamı Rıza Zərrabın ilk məhkəmə iclası keçirilib.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, Rıza Zərrab məhkəmə zalına göy uniformada, ayaqları zəncirli, əlləri açıq şəkildə gətirilib.
 
İkinci iclasın iyunun 16-da keçirilməsi planlaşdırılır.
 
Rza Zərrab martın 19-da  ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.
 
O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
 
Xatırladaq ki, Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan  rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbs həyatı yaşayıb, sonra azadlığa buraxılıb.
 





28.04.2016    çap et  çap et