525.Az

“Yeni tatar şeiri antologiyası” Kazanda təqdim edildi


 

“Yeni tatar şeiri antologiyası” Kazanda təqdim edildi<b style="color:red"></b> Bugünlərdə Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) xətti ilə işıq üzü görən “Yeni tatar şeiri antologiyası” Kazanda keçirilən Abdulla Tukayın 130 illik yubiley tədbirləri çərçivəsində Tatarıstan Yazıçılar Birliyində (TaYB) Tatarıstanın Xalq şairlərinin, Abdulla Tukay və Musa Cəlil Ödülü laureatlarının, Türk Dünyasından yubileyə gəlmiş şair və ədəbiyyatşünasların iştirakı ilə keçirilən toplantıda tatar ədəbi ictimaiyyətinə təqdim olunub.

Birlikdən 525.az-a verilən məlumata görə, Əməkdar incəsənət xadimi, TaYB başqanı Rafis Qurban, Xalq şairləri Renat Xaris, Robert Minnullin, Rədif Qataş, gənc şairlərdən Fidail Məjit, Fanil Gilaji, antologiyanı nəşrə hazırlayan Azərbaycanlı yazar Əkbər Qoşalı, Moskvada yaşayan şair-tərcüməçi Afaq Şıxlı və başqaları “Yeni tatar şeiri antologiyası”nın məziyyətləri ilə yanaşı, Tatarıstan-Azərbaycan, Azərbaycan-Tatarıstan ədəbi-mədəni əlaqələrindən, bugün görülən və gələcəkdə görülməsi arzu olunan işlərdən danışıblar.

Xatırladaq ki, tatar xalqının görkəmli oğlu, tatar ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın (Ğabdulla Tuqay; 1886-1913) 130 illik yubileyinə ad edilən antologiyada 23 istedadlı gənc tatar şairinin şeirləri toplanıb

(Antologiya ilə pdf formatında (“e-kitab”) bu ünvanda tanış olmaq mümkündür: //kitabxana.net/?oper=readBook&id=2427).
 





28.04.2016    çap et  çap et