525.Az

ÇXR sədri: “Çin Koreya yarımadasında müharibəyə imkan verməyəcək”


 

ÇXR sədri: “Çin Koreya yarımadasında müharibəyə imkan verməyəcək”<b style="color:red"></b>

Çin heç bir halda Koreya yarımadasında müharibənin başlanmasına imkan verməyəcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin bəyan edib.
 
“Biz Koreya yarımadasında müharibənin başlanması, bölgənin xaosa sürüklənməsinə imkan verməyəcəyik. Hadisələrin bu cür inkişafında heç bir ölkə maraqlı ola bilməz”, deyə Si Cinpin bildirib.
 
Onun sözlərinə görə, Çin Koreya yarımadasının nüvə silahından azad olmasını dəstəkləyir: “Biz istəyirik ki,  bölgədə sülh, sabitlik olsun və bütün məsələlər siyasi dialoq vasitəsi ilə həll edilsin”.

 





28.04.2016    çap et  çap et