525.Az

Rusiya “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatını orbitə buraxıb


 

Rusiya “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatını orbitə buraxıb<b style="color:red"></b> Rusiyanın Amur vilayətindəki yeni “Vostoçnıy” kosmodromundan “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatı orbitə buraxılıb.
 
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, raket orbitə üç kosmik aparat çıxaracaq. Bunlar Moskva Dövlət Universitetinin “Lomonosov” peyki, eləcə də SamSat-218 və “Aist-2D” kosmik aparatlarıdır.
 
Məlumata əsasən, kosmik aparatın orbitə buraxılmasını izləmək üçün Rusiya prezidenti Vladimir Putin “Vostoçnıy” kosmodromuna gəlib.
 
Qeyd edək ki, kosmik aparatın aprelin 27-si, yerli vaxtla saat 05:01-də orbitə buraxılması nəzərdə tutulmuşdu, lakin  texniki nasazlıq səbəbindən bu mümkün olmamışdı.
 





28.04.2016    çap et  çap et