525.Az

Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır


 

Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır<b style="color:red"></b> Bu gün 2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatır.

APA-nın xəbərinə görə, elektron ərizə qəbulu aprelin 28-də saat 23:59-dək davam edəcək.
 
Bu gün saat 11:00-dək ali məktəblərə 79201 nəfər ərizə verib. Onlardan 72192 nəfəri Azərbaycan, 7009 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 31586-sı I, 22310-u II, 19768-i III, 5537-i isə IV ixtisas qrupu seçib.
 
Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
 





28.04.2016    çap et  çap et