525.Az

Lordlar Palatasının üzvü Xocalı aeroportunun yenidən açılması məsələsinə münasibət bildirib


 

Lordlar Palatasının üzvü Xocalı aeroportunun yenidən açılması  məsələsinə münasibət bildirib<b style="color:red"></b>

Böyük Britaniya Lordlar Palatasının  üzvü Lord Leyard Xocalı aeroportunun yenidən açılması  məsələsi haqqında danışıb.

525.az-ın məlumatına görə, Lord Leyard Ermənistanın Xocalı aeroportunun yenidən açılması haqqında planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərək deyib:

 “Xocalıda aeroportun açılmasına dair istənilən təklif hal-hazırkı sülh danışıqlarına şübhəsiz mənfi təsir göstərə biləcək təxribat hərəkəti hesab olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı heç vaxt oradakı reyslər qrafikinə rəsmi şəkildə icazə  verə bilməz və Xocalıdakı aeroport təmas xəttinə  çox yaxın olduğu üçün bu aeroportdan istifadə edən istənilən sərnişin üçün açıq-aşkar təhlükə mənbəyidir. Şimali İrlandiyada yaxşı başa düşürük ki, simvolik hərəkətlər zorakılıqlara gətirib çıxara bilər və biz hər iki tərəfin istənilən təxribat xarakterli hərəkətlərdən uzaq durmasını  inadla tələb edirik.”

 





13.02.2013    çap et  çap et