525.Az

“Azərbaycan milli uşaq geyimləri” Budapeştdə


 

“Azərbaycan milli uşaq geyimləri” Budapeştdə<b style="color:red"></b>

Macarıstanın paytaxtı Budapeşt şəhərində hər il ənənəvi şəkildə keçirilən “Uşaq moda günləri” adlı tədbirdə bu ölkədə yaşayan soydaşımız modelyer-dizayner Leyla Cəbrayılqızının “Azərbaycan milli uşaq geyimləri” adlı kolleksiyasının növbəti təqdimatı keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən 525.az-a verilən məlumata görə, münsiflər heyəti tərəfindən fərqlənmə diplomuna layiq görülmüş kolleksiyaya daxil olan milli geyimlər beynəlxalq uşaq bağçasında təhsil alan 10 müxtəlif millətin kiçik nümayəndələri tərəfindən podiumda sərgilənib.

Nümayiş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bundan əvvəl Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu Diplomat Xanımları Budapeşt təşkilatının təşəbbüsü ilə keçirilən xeyriyyə yarmarkasında nümayiş etdirilmiş milli geyimlər həmin tədbirdə də auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nümayişi izləyən Macarıstanın birinci xanımı milli qadın geyimlərimizlə bağlı xoş təəssüratlarını dilə gətirib.

Məlumat üçün bildirək ki, L.Cəbrayılqızı milli geyimlərimizdən ibarət növbəti sərgini Vyanada təşkil etməyi planlaşdırır.

 





28.04.2016    çap et  çap et