525.Az

Mülki Prosessual Məcəlləyə dəyişikliklər müzakirə olundu


 

Mülki Prosessual Məcəlləyə dəyişikliklər müzakirə olundu<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün növbəti iclası keçirilib.
 

APA-nın məlumatına görə, iclasın gündəliyini komitə sədri Əli Hüseynli açıqlayıb.
 
İclasda Ali Məhkəmənin sədri tərəfindən təqdim edilən Mülki Prosessual Məcəlləyə və “İcraat haqqında” qanuna dəyişikliklərə baxılıb.

Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə, 231-ci maddədə “Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” cümləsində “dayandırılması sözündən sonra “ona xitam verilməsi ilə bağlı məsələlərə baxılması” sözünün əlavə edilməsi təklif olunur.

Oxşar dəyişiklik maddənin bəndləri üzrə də təklif olunur.
 
Oxşar təklif “İcraat haqqında” qanuna da təklif edilir.
 
Sonra Cinayət və İnzibati Xətalar məcəllələrində bir sıra dəyişikliklərə baxılıb. Sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 





28.04.2016    çap et  çap et