525.Az

"Rembo" intihar edib


 

"Rembo" intihar edib<b style="color:red"></b>

ABŞ-da düşmənlərini "Rembo" filmindəki kimi intiqam almaq üçün öldürən keçmiş polis işçisi Kristofer Jordan Dorneri yaxalamaq üçün keçirilən əməliyyat qanlı bitib.

525.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 3 nəfəri öldürdükdən sonra yoxa çıxan Dorner Kaliforniya ştatındakı "Big Bear" xizək mərkəzindəki taxta evdə sıxışdırılıb. Bir müddət sonra taxta evdən tüstü çıxmağa başlayıb və güllə səsi eşidilib. Dorner başına bir güllə sıxaraq intihar edib.

Qeyd edək ki, biri polis məmuru olmaqla 3 nəfəri öldürən Dorner pilotsuz təyyarələrdən də istifadə edilən əməliyyatla axtarılırdı. Dornerin başına mükafat qoyulmuşdu.

 





13.02.2013    çap et  çap et